Az öncə yekunlaşan “Sumqayıt” – “Rəvan” matçı hakim biabırçılıqı ilə yadda qalıb.
İdmanxeber.com-un məlumatına görə, oyunu idarə edən Fariz Yusifov qonaq komandanın futbolçusu Ramazan Abbasova ikinci sarı vərəqəni göstərsə də, onu meydandan qovmağı unudub.
FİFA referisi 85-ci dəqiqədə ikinci sarı vərəqə verdiyi Abbasovu bir də oyunun artırma dəqiqələrində yan xətt hakimin yadına salması ilə qırmızı vərəqə göstərərək, meydandan qovub.
Qarşılaşma “Rəvan”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb.