Milli komanda

Bir futbolçu millidən kənarlaşdırıldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Rüfət Əhmədov Avropa çempionatının seçmə mərəhələsinin oyunları üçün açıqlanan heyətdən çıxarılıb.

Idmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi səhhəti ilə əlaqədar yığmadan kənarlaşdırılıb. O, Xorvatiya və Avstriya ilə matçları buraxacaq.

Qeyd edək ki, U-21 millimiz sentyabrın 2-də Xorvatiyanın, sentyabrın 7-də isə Avstriyanın qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43