Ölkə futbolu

“Bir gün Azərbaycan yığması da Avropa çempionatına gedəcək”

“Gürcüstan millisi bu uğura çatmaq üçün çox iş gördü. Federasiya ölkədə düzgün işlədi. Stadionlar yaradıldı, infrastruktur quruldu. Bu gün heyətdə Avropanın müxtəlif klublarında çıxış edən oyunçular var. Bu, çox önəmli məsələdi. Onların davamlı xaricdə oynaması və Avropa futbolunun tempinə öyrəşməsi millidəki çıxışlarına çox kömək edir”.

Bu sözləri İdmanxeber.az saytına “Neftçi”nin sabiq gürcüstanlı futbolçusu Giorgi Adamiya ölkəsinin Avro-2024-də qatılması və ordakı uğurlu çıxışı barədə danışarkən deyib. O, Azərbaycanın da bunun bacara biləcəyiniə inandığını bildirib:

“Bir gün Azərbaycan yığması da Avropa çempionatına gedəcək. Bunun üçün vaxt və səbr lazımdı. Düzgün iş görənlər hədəflərinə çatacaqlar. Açığı, hazırda AFFA-nın nə iş gördüyünü bilmirəm. Onların fəaliyyəti ilə bağlı geniş məlumatım yoxdu. Ancaq Azərbaycan da Gürcüstanın etdiyini həyata keçirə bilər. Bunun üçün hamılıqla – futbolçular, məşqçilər, federasiya hər kəs əlindən gələni etməlidi”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43