Yaya hazırlığını Sloveniyada keçirən “Sabah” bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv yerli “Koper” komandası ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 43-cü dəqiqədə Abdulla Xaybulayev vurub.
Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Sloveniyanın yüksək liqasında çıxış edən “Koper” ötən mövsümü 5-ci pillədə tamamlayıb.

