21 Dekabr 2024
Ölkə futbolu

“Bizə hər şey fərqli şəkildə deyilmişdi” – Rəşad Sadıqov

“Biz iki, üç, beş yerdə çalışmaq üçün alışıb yanmırdıq. Bilirdik ki, futbolçu kimi mənə, məşqçi kimi də Qurban Qurbanova zərərləri olacaq. Azərbaycan futbolu üçün etdik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

“Xəzər TV”də yayımlanan “Futbol Saat”ında bəzi məqamlara aydınlıq gətirən təcrübəli futbolçu bir müddət baş məşqçisi olduğu U-21 millisindəki işi haqda danışarkən, sözlərinə belə davam edib:

“Bizə hər şey fərqli şəkildə deyilmişdi. Ona görə razılıq verdik. Yoxsa kiminsə 2, 3, 5 işdə gözü yoxdur.

Müqaviləyə baxmadım. Sadəcə imzalamışdım.

6 il deyilmişdi. Uzunmüddətli plan qurmuşduq. Qrupdan çıxmalısız və sairə məsələsi yox idi. AFFA-da mənimlə də U-21-lə bağlı gələn mövsümün planları cızılmışdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43