“Çətin oyun oldu. Gəncə səfəri hər zaman elə olub. Bizə qarşı xüsusi hazırlamışdılar. Qələbə qazana biımədik. Bu oyun çox vacib idi. Heyif ki, bacarmadıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Vüqar Həsənli “Kəpəz” oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Mövsümün əvvəlində də belə başlamışdıq. Toparlanıb yenidən yolumuza davam edəcəyik. Qarşıda çox oyunlar var. Sonuncu sıralardan qurturulmalıyıq. Aşağı pillələrdə olmaq çox stress yaradır”.