30 Oktyabr 2024
Dünya futbolu

“Bizi sabah sırf 90 dəqiqə maraqlandırır” – Rəşad Sadıqov

“Qarşıda bizi çox vacib və maraqlı oyun gözləyir. Artıq ayyarım, iki aydır ki, avrokuboklarda çıxış edirik. Sabah pley-off mərhələsinin ilk oyununda çıxış edəcəyik. “Omoniya” təcrübəli və keyfiyyətli komandadır. Azərbaycan futbol camiəsinə də tanış rəqibdir. İstər “Qarabağ”, istərsə də, “Qəbələ” ilə oyunlardan bu komandanı xatırlayırıq. Son dönəmdə məşqçi heyətində dəyişiklik baş verib. Bir neçə yeni transferləri var ki, komandanın oyununda hiss olunur. Sabah azarkeşlər maraqlı və gərgin oyunun şahidi olacağıq”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının pley-off mərhələsinin “Omoniya” ilə görüşöncəsi keçirilmiş mətbuat konfransında iştirak edib. O, sabahkı görüşlə bağlı danışıb.

– Bu mərhələdə psixoloji hazırlıq da vacibdir. Futbolçularla bu yöndə hansısa söhbətiniz olub?

– Mənim yerimdə kim olsaydı, bu yöndə öz işini görəcək. Futbolçularla müəyyən danışıqlar aparacaq. Şükür Allaha, futbolçular özləri də durumu dərk edirlər. Sabah bizi nə qədər vacib oyun gözlədiyini bilirik, başa düşürük. Pley-off birinci, ikinci və ya üçüncü mərhələnin oyunları, tarixi oyun kimi deyil, bir az fərqli hazırlaşırıq oyuna. Bizi sabah sırf 90 dəqiqə maraqlandırır. Ki, rəqibə qarşı səfərdə uğurlu çıxış edək və şanslarımızı Bakıdakı oyuna saxlaya bilək. Cavab matçında öz doğma azarkeşlərimiz qarşısında istədiyimiz nəticəni əldə edək. Bu yöndə iş gedir. Allah qoysa, nəticəsini sabah və cavab oyununda görərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43