FİFA prezidentl Yozef Blatter 90 gün müddətinə tutduğu vəzifədən kənarlaşdırılıb.
İdmanxeber.com-un məlumatına görə, FİFA İcraiyyə Komitəsinin Sürix şəhərindəki iclasında bununla bağlı qərar verilib.
Qeyd edək ki, adı rüşvət qalmaqalında hallanan Y.Blatteri FİFA-nın sponsorları istefaya çağırmışdı.