Ölkə futbolu

Bojoviç: “1:4 uduzsaq da, nəticə ədalətli deyildi”

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın 25-ci turunun “Qarabağ”la oyunundan sonra keçirilmiş mətbuat konfransında görüşlə bağlı fikirlərini bildirib.

İdmanxeber.az mütəxəssisin fikirləriylə sizi tanış edir:

“Yaxşı oyun oldu. İlk yarını yaxşı, keyfiyyətli keçirdik. İkinci yarıda iki böyük səhv ucbatından iki qol buraxdıq. Bu cür səhvləri “Qarabağ”a qarşı edəndə, onlar səni cəzalandıracaq. Bərabərlik üçün hər şeyi etdik. Künc zərbələrindən sonra rəqib bizi əks-hücumda tutdu və qollar buraxdıq. 1:4 uduzsaq da, nəticə ədalətli deyildi. 1:2 uduza bilərdik, amma bu hesab ədalətli deyil”.

“Qlobal dəyişiklik etmək üçün imkanımız yoxdur. Yuri Matias və Qara Qarayev ən yaxşı və ən təcrübəli oyunçularımızdandır. Günahı onların üzərinə atmaq istəmirəm. Aydın məsələdir ki, məğlubiyyətdən sonra məsuliyyəti baş məşqçi daşıyır. İşləməyə davam etməliyik. “Qarabağ” və “Neftçi”nin bu mövsümkü oyunlarına baxmısız. Həmin oyunda “Neftçi” “Qarabağ”ın qapısına cəmi bir zərbə vurmuşdu. Bu gün isə oyun daha şən, maraqlı, keyfiyyətli keçdi. Bəli, qollar buraxdıq. Amma hər oyunçu sona qədər mübarizə aparırdı. Onların əziyyətinə baxıram və deyə bilərəm ki, onlardan razıyam. Digər rəqiblərə qarşı belə performans göstərsək, daha asan olacaq. Oyunun tempi də yüksək idi. Azərbaycan çempionatında belə oyunlar nadir hallarda baş verir. Oyun Avropa səviyyəsində keçdi, vaxt aparan, meydanda boş-boşuna gəzən yox idi. Səhvlər var idi”. Komanda uduzursa, məsuliyyəti daşıyan baş məşqçidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43