Ölkə futbolu

“Görünürdü ki, “Neftçi” çox ciddi hazırlaşıb” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 25-ci turunun “Neftçi” ilə oyundan sonra keçirilmiş mətbuat konfransında görüşlə bağlı fikirlərini bildirib.

İdmanxeber.az mütəxəssisin fikirləriylə sizi tanış edir:

“Çətin komandaya qarşı oynayırdıq. Görünürdü ki, “Neftçi” çox ciddi hazırlaşıb. Bəlkə də, tam istədiyimiz kimi oyuna nəzarət edə bilmədik. Amma futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Azarkeşlər üçün çox maraqlı matç idi. Hər iki komanda sürətli, dinamik oynadı. Rəqibə uğurlar arzulayıram. Çox yaxşı ab-hava var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, komandaları dəstəklədilər, futbolçuları daim oyunun içində olmağa kömək oldular”.

“Xal fərqi 23 olsa da, bu haqda heç nə düşünmürəm. Futbolçu öz ritmindən düşməli deyil. Görürsüz ki, demək olar bəzən iki heyətdə də dəyişiklik edirəm. Ki, oyunçular tonusda qalsınlar. Ona görə vaxt itirə bilmərəm ki, hansısa oyunçu oyun ritmindən düşsün. Perspektivli oyunçuların hamısı bizimlədirlər, məşq edirlər. Amma oyunları hələ fikirləşmirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43