22 Dekabr 2024
İdman

Boksçumuz Avropa çempionu oldu

Azərbaycan yığması Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında qitə birinciliyindəki çıxışını başa vurub

İdmanxeber.az xəbər verir ki, son görüşdə Nicat Hüseynov (51 kq) final qarşılaşmasına çıxıb. Dünya və Avropa birinciliklərinin mükafatçısı həlledici döyüşdə gürcüstanlı Lekso Xasayadan güclü olub. Boksçumuz rəqibini 5:0 (30:28, 29:28, 30:27, 29:28, 29:27) hesabı ilə məğlub edərək, qızıl medal qazanıb.

Qeyd edək ki, daha əvvəl Ruslan Qədirov (54 kq) gümüş, Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq)  bürünc medal əldə ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43