Bu gün Qatarın paytaxtı Dohada boks üzrə dünya çempionatı başlayıb.
İdmanxeber.com-un Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, boksçularımızdan ilk olaraq 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor rinqə çıxıb.
Milli komandamızın üzvü kanadalı Artur Biyarslanovu məğlub edərək 1/8 final mərhələsinə vəsiqə qazanıb. Təmsilçimizin növbəti rəqibi əlcazairli Abdelkader Çader olacaq. Dünya çempionatının debütantı 49 kq-da mübarizə aparan Rüfət Hüseynov isə axşam proqramında mərakeşli İmad Ahyounla qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatında ölkəmizi təmsil edən digər boksçular – Elvin Məmişzadə, Tayfur Əliyev, Albert Səlimov, Pərviz Bağırov, Teymur Məmmədov və Abdulqadir Abdullayevdir.