Yeni mövsümdən II liqada iştirak edəcək “Araz Saatlı” Bakıya köçür.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi bundan sonra məşqlərini paytaxtda keçəcək. Saatlı klubu hər həftə Bakının Azadlıq prospekti, 123 ünvanında yerləşən, ictimaiyyət arasında daha çox köhnə “Neftçibaza” kimi tanınan idman kompleksinə üz tutacaq. Komanda məşqlərini məhz bu idman kompleksində keçməyi düşünür.
Qeyd edək ki, “Araz Saatlı” başa çatan mövsümdə I liqada çıxış edirdi.