29 Dekabr 2024
Ölkə futbolu

Bölgə klubu “dağılır”: Futbolçular komandada qalmaq istəmir

“Şamaxı” daha bir futbolçu ilə yollarını ayıra bilər. İlkin Muradovun ardından Georgi Kantariya klubla vidalaşmaq üzrədi. Gürcüstanlı futbolçu özü “Şamaxı”nı tərk etmək niyyətindədi.

Buna səbəb komanda daxilində yaranan ab-havadı. Klubda nə baş verdiyini tam anlamasaq da, böyük ehtimalla “Şamaxı” maliyyə problemi yaşayır.

Maaşların vaxtında verilməməsi, mükafatların ödənilməməsi oyunçuları ciddi narahat edir.

Bu səbəbdən də Georgi Kantariya bölgə təmsilçisindən ayrılmağı düşünür. Yaxın günlərdə onun ayrılığı rəsmən açıqlana bilər.

Xatırladaq ki, bu yaxınlarda İlkin Muradov komandadan göndərilmişdi.

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43