21 Sentyabr 2024
Ölkə futbolu

Bölgə klubu “Sabah”la razılığa gəldi, müqavilə an məsələsidi

“Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə klubu “Sabah”ın futbolçusu Camal Cəfərovla razılığa gəlib. “Sarı-göylər”in “bayquşlar”la bir müddətdir apardığı danışıqlar müsbət nəticələnib.

Cəfərovun keçidi yaxın vaxtda açıqlanacaq. U-21 millimizin üzvü bir neçə gün sonra komandaya qoşulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43