04 Oktyabr 2024
Ölkə futbolu

Bölgə klubunda ayrılıq – rəsmi

“Qəbələ” futbolçusu Samuel Tetteh ilə yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-ci ilin sentyabrından “Qəbələ”də çıxış edən Samuel “qırmızı-qara” formada 25 matçda 3 qol vurub. O, Premyer Liqada 21 (2 qol), Azərbaycan kubokunda 4 (1 qol) oyunda iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43