08 Sentyabr 2024
Ölkə futbolu

Bölgə klubunda ciddi itki

“Qəbələ”nin yeni transferi Klesio Baukun son durumu bəlli olub.

İdmanxeber.az-a verilən məlumata görə, futbolçunun əzələsində yırtıq aşkarlanıb. Mozambikli oyunçu 3 həftə yaşıl meydanlardan kənar qalacaq.

Xatırladaq ki, qış fasiləsində heyətə cəlb edilən Bauk son turda “Zirə”yə qarşı görüşdə meydana sonradan daxil olsa da, zədələnib oyundan çıxmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43