Dünya futbolu

Musanın komandası uduzdu

Musa Qurbanlının çıxış etdiyi “Yurqorden”  yoxlama oyunu keçirib.

İdmanxeber.az məlumat verir ki, Kanar adalarında təlim-məşq toplanışında olan komanda İsveçin digər yüksək liqa təmsilçisi “Myallbu” ilə qarşılaşıb.

Oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Musa fasilədən sonra meydana daxil olub və sona qədər oynayıb.

İsveçdə yeni mövsümə martın 31-də start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43