20 Sentyabr 2024
İdman

Bölgə klubunda yeni müqavilə

“Gəncə” basketbolçusu Maqsud Rüstəmovla müqaviləni yeniləyib.

İdmanxeber.az Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən mövsümdən “sarı-göylər”in şərəfini qoruyan 22 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb.

197 sm boya malik M.Rüstəmov hücumçu mövqeyində çıxış edir. O, 14 nömrəli forma ilə oynayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43