18 Sentyabr 2024
Ölkə futbolu

Bölgə klubundan ayrıldı, “Barselona” və “Real”ın düşərgəsinə yollandı

“Kəpəz”dən ayrılan məşqçi İspaniyaya yollanıb.

İdmanxeber.az-verilən məlumata görə, söhbət İlkin Verdiyevdən gedir. Ötən mövsüm Adil Şükürovla bərabər “Kəpəz”də çalışan gənc mütəxəssis “Real”, “Barselona” və “Jirona” klublarının akademiyasında olub. Məşqçi təcrübə toplamaq üçün bu komandaların uşaq futbolu ilə tanış olub.

Xatırladaq ki, Verdiyev Adil Şükürovun klubdan ayrılmasının ardından “Kəpəz”lə vidalaşmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43