18 Sentyabr 2024
Ölkə futbolu

Bölgə klubunun hücumçusu “Araz Naxçıvan”da

“Araz Naxçıvan” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-a verilən məlumata görə, Naxçıvan klubu “Qəbələ”nin hücumçusu Sənan Ağalarovla anlaşıb. Gənc hücumçu karyerasını sabiq baş məşqçisi Elmar Baxşıyevin komandasında davam etdirəcək.

Transferin yaxın vaxtda rəsmən açıqlanması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43