08 Sentyabr 2024
l Divizion Ölkə futbolu

Bölgə klubunun rəhbəri dünənki prinsipial matçda niyə stadionda yox idi?

I Liqanın 25-ci turunda lider “Qaradağ Lökbatan”ı məğlub edərək uzun fasilədən sonra ilk pilləyə yüksələn “Şamaxı”nı çempionluqdan yanız sonuncu turda qazanacağı qələbə ayırır.

İdmanxeber.az-ın məlumatına görə, bölgə klubu ötən gün Lökbatanda finala bərabər matçda vacib qələbə qazanaraq Premyer Liqaya vəsiqə qazanmaq şansını olduqca yüksəldib. 

“Şamaxı”nın İdarə Heyətinin rəhbəri Elçin Usub dünən baş tutan prinsipial matçda komandanın yanında olmayıb. Buna Elçin bəyin işgüzar səfəri səbəb olub. Ölkə xaricində olan klub rəhbəri matçdan dərhal sonra komandanın məşqçilər heyətini və futbolçularını təbrik edib, son turda “Araz Saatlı” ilə oyunda komandasının qələbə qazanacağına ümid etdiyini dilə gətirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43