23 Noyabr 2024
Ölkə futbolu

Bölgə klubunun yeni transferi düşərgədə – müqavilə an məsələsidi

“Kəpəz” yeni transferi Muhammed Banı hələ də ictimaiyyətə açıqlamayıb.

İdmanxeber.az-a verilən məlumata görə, malili yarımmüdafiəçi artıq 2 gündü Gəncə klubunun məşqlərində iştirak edir. O, tibbi müayinədən də uğurla keçib.

24 yaşlı dayaq yarımmüdafiəçisi klubun ona təklif etdiyi 10 aylıq müqavilə şərtlərini qəbul edib. Qarşıdakı günlərdə futbolçuyla müqavilə imzalanacaq. 

Müqavilə ilə “Adana Demirspor”a məxsus olan futbolçu ötən mövsümü icarə əsasında “Tuzlaspor”da keçirib. O, “Kəpəz”ə azad agent kimi qoşulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43