“Xəzər Lənkəran” “Antalyaspor”la müqaviləsi başa çatan Semih Şentürkü heyətinə qatmağı planlaşdırır.
İdmanxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cənub klubunun baş məşqçisi Oğuz Çətin sabiq “Fənərbağça”lını komandasında görmək istəyir. Xəbərdə bildirilir ki, “ağ-yaşıllar” hücumçuya 1 illik müqavilə və bu ildə 1.5 milyon avro söz verib.
Hazırda istirahətdə olan forvard qərarını qayıtdıqdan sonra verəcək.