“Mançester Yunayted” komandası İngiltərə Premyer Liqası XVI turu çərçivəsində “Bornmut”la oyuna xeyli itki ilə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, bu matçda əsas heyətin 9 “qırmızı şeytan”ı komandasına kömək edə bilməyəcək.
Belə ki, komandanın zədəlilər siyahısına Kris Smoulinq və Matteo Darmian da qoşulub. Lyuk Şou, Markos Roxo, Fil Cons, Andre Hereyra, Antonio Valensiya və Ueyn Runi də zədəsini tam olaraq sağaltmayıb.
Bundan başqa ötən tur “Vest Hem”lə oyunda Uinston Ridə qarşı kobudluq edən və 3 oyunluq cəzalanan Bastian Şvaynştayger də komandasına kömək edə bilməyəcək.