UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda öz meydanında “Borussiya” ilə qarşılaşacaq “Qəbələ” zədəli futbolçularından bir müddətdi ki, şad xəbər ala bilmir.
Klubdan İdmanxeber.com-a verilən məlumata görə, müdafiəçi Rafael Santos və yarımmüdafiəçi Georgi Floresku hələ də zədəsini sağaltmayıb. Böyük ehtimalla Qriqorçuk Dortmund təmsilçisi ilə oyunda da bu futbolçuların xidmətindən yararlana bilməyəcək.
Bosniya və Hersoqovina millisinin heyətində zədələnən və durumu yaxşı olan Ermin Zets isə almanlarla görüşdə meydana çıxa bilər.
Qeyd edək ki, “Qəbələ” – “Borussiya” matçı oktyabrın 22-də, saat 20:00-da başlayacaq.