“Borussiya”nın türkəsilli futbolçusu İlkay Gündoğan ən azı iki həftə yaşıl meydanlardan uzaqda qalacaq. Yarımmüdafiəçi Almaniya millisinin Paraqvayla oyununda (3:3)zədələnib.
Bu isə futbolçunun ən azı iki həftə oynamamasına səbəb olub. Bununla da İlkayın Bundesliqada “Ayntraxt” (Braunşveyq) və Verder Bremen”lə qarşılaşmalarda iştirak edə bilməyəcəyi dəqiqləşib.