Ölkənin ən böyük arenası – Bakı Olimpiya Stadionunun rəhbərliyi məşqlərini burada keçən Premyer Liqa klublarına jest edib.
İdmanxeber.az-a daxil olan özəl məlumata görə, söhbət “Qəbələ”, “Turan Tovuz”, “Zirə” və “Araz Naxçıvan”dan gedir.
Adıçəkilən komandalar mövsüm boyu hazırlıqlarını BOS-da keçirirlər. Bunu nəzərə alan stadion rəhbərliyi Premyer Liqanın son turu öncəsi baş tutacaq 1 məşqin ödənişini klublardan almayacaq.
BOS rəhbərliyi çempionatın bitiminə bir tur qalmış, klublara güzəşt etmək qərarına gəlib.