04 İyul 2026
Ölkə futbolu Premyer Liqa

Şahin Diniyev üçün həyəcan təbili – ASCO onun işindən narazıdı

Cari mövsümdə avrokubok şanslarını erkən itirən “Səbail”də baş məşqçi dəyişikliyi ola bilər.

İdmanxeber.az-ın məlumatına görə, klubun sponsoru ASCO rəhbərliyi Şahin Diniyevdən narazıdı. Mövsümün əvvəlindən kluba kifayət qədər yaxşı büdcə ayrılmasına rəğmən nəticələrin qənaətbəxş olmaması Diniyevin postundan qovulması ilə nəticələnə bilər. Klub rəhbərliyi mövsümün bitməyini gözləyir. Məhz çempionatın bitimindən sonra keçiriləcək klubdaxili iclasda baş məşqçi məsələsi daxil, bir çox məqamlara aydınlıq gələcək.

Qeyd edək ki, “Səbail” sona bir tur qalmış 7-ci pillədə qərarlaşıb. “Dənizçilər”in mövsümü 6-cı qapama şansı az da olsa var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43