28 Dekabr 2024
İdman

“Böyük Dəbilqə”: 4 cüdoçumuz bu gün mübarizə aparacaq

Cüdo millimizin 4 üzvü Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində bu gün mübarizə aparacaq.

İdmanxeber.az-ın məlumatına görə, idmançılarımız iki çəkidə çıxış edəcəklər.

Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq), Zelim Tçkayev və Səid Mollayi (hər ikisi 81 kq) mükafatçılar sırasına düşməyə çalışacaqlar.

73 kq
1/32 final: Rəşid Məmmədəliyev – Kyartan Xreydarsson (İslandiya)
1/16 final: İbrahim Əliyev – İqor Vandtke (Almaniya)

81 kq
1/32 final: Zelim Tçkayev – Husni Taubani (Komor adaları)
1/32 final: Səid Mollayi – Alain Aprahamyan (Uruqvay)

Qeyd edək ki, ötən gün Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kq) medal qazana bilməyiblər. Yarışa fevralın 4-də yekun vurulacaq. Həmin gün Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43