Noyabrın 2-ə "Xəzər Lənkəran"la qarşılaşacaq "Neftçi" "Böyük oyun"un hazırlığını davam etdirir.
Klubdan idmanxeber.com-a verilən məlumata görə, "Böyük oyun"a hazırlıq öz qaydasında davam edir. Kardozo xaric ciddi itki yoxdur.
Bundan əlavə əldə etdiyimiz məlumata görə, "Neftçi" futbolçuları "Xəzər Lənkəran"ı məğlub etsələr belə "premya"ya sahib çıxa bilməyəcəklər. Məsələ burasındadır ki, klub prezidenti Sadıq Sadıqov Superkubok matçında alınan yenilgini həzm edə bilməyincə futbolçulara verilən pul mükafatını dayandırıb.