“Qəbələ” yaxşəı komanadır. Ancaq unutmasınlar ki, onların rəqibi “Neftçi”di”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Hacıyev sabah Azərbaycan kubokunun final matçında qarşılaşacaqları “Qəbələ” ilə oyundan öncə keçirdiyi mətbuat konfransında daha sonra bunları deyib:
“Futbol meydanında əvəz olunmayan futbolçu yoxdu. Mahir Şükürov yoxdursa, Məqsəd İsayev var. Araz Abdullayev də zədə səbəbindən oynaya bilmir. Bir gün bir səmimi ailə olur. Allah bunları sınağa çəkir. Bir gün evin ağsaqqalı sübh namazanında Allaha dua edir ki, sən bizdən pulu ala bilərsən, var-dövləti ala bilərsən, ancaq xoşbəxtçiliyi alma. Bu gün bizim komanda xoşbəxt, mehriban bir komandadı.
Hansı məşqçilər ki, mənim dedikərimə irad bildirirsə, həmin onlar mənə siz “Milanda tarix yazdınız” – dedilər. Azərbaycan məşqçiləri bir-birilərini sevmirlər. Əcnəbi məşqçilər gəlib milyonlar aparırlar. Hamı öz kreslosunu qoruyur”.