Ötən gecə Çempionlar Liqasına pley-off mərhələsinə start verildi.
İdmanxeber.az-ın məlumatına görə, “Real” səfərdə “Leypziq”i minimal hesabla məğlub edib – 0:1. Görüşdəki tək qolun sahibi olan və oyunun ən yaxşı oyunçusu seçilən Brahim Dias matçdan sonra bunları deyib:
”Mən “Milan”a təşəkkür etmək istəyirəm. Orda çox xoşbəxt idim. Hələ də “Milan”ı izləyirəm. Mən Teo Hernandeslə ailəmdən daha çox danışıram”.
”İndi isə bütün diqqətim “Real”dadır və burada çox xoşbəxtəm”.
Xatırladaq ki, Dias 2020-23-cü illər arasında “Milan”da çıxış edib.