Braziliyada azarkeşlər arasında “Peledən sonra ən yaxşı kimdir?” sorğusu keçirilib. 160 min futbolsevərin qatıldığı sorğuda ilk sıranı “Fenomen” ləqəbli Ronaldo alıb.
PSJ-də forma geyinən digər braziliyalı ulduz Neymar isə ilk onluğa girə bilməyib. 27 yaşlı ulduz oyunçu xeyli az səs yığaraq 11-ci sırada qərarlaşıb.