Dünya futbolu

Braziliyalı futbolçu “Real”a keçir? – açıqlama

“Zenit”in müdafiəçisi Roberta Renana  “Real”ın futbolçunu izləməsi ilə bağlı məlumatı  şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu iddialar barədə bunları deyib: “Belə bir şey yoxdur. “Real”dan mənə heç bir təklif gəlməyib”

Renan 2023-cü ilin yanvarından “Zenit”də çıxış edir. Sankt-Peterburq klubunun heyətində braziliyalı müdafiəçi 18 oyun keçirib.

Onun müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalı futbolçunu 9 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43