“Neftçi” PFK futbolçusu Kvame Karikari ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. İdmanxeber.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
27 yaşlı hücumçuya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb!
Qeyd edək ki, 2017/2018-ci illər mövsümündə “Neftçi”nin heyətində 10 oyunda 2 qola imza atmış Karikari son mövsümü icarə əsasında BƏƏ-nin “Əl Oruba” klubunda keçirib.