İtaliya “Yuventus”u daha 2 futbolçusu ilə yollarını ayırıb.
İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumameylli yarımmüdafiəçi Federiko Bernardeski və hücumçu Alvaro Morato ilə başa çatan müqavilələr uzadılmayıb.
28 yaşlı italiyalı 2017-ci ildən Turin təmsilçisinin formasını geyinirdi. 30 yaşlı ispaniyalı forvard isə son 2 mövsümü icarə əsasında “qoca sinyora”da keçirib. O, müqavilə ilə ölkəsinin “Atletiko” (Madrid) komandasına məxsusdur.
Qeyd edək ki, “Yuventus” daha əvvəl Argentina millisinin hücumçusu Paulo Dibala ilə vidalaşdığını açıqlayıb.