Kateqoriyasız

“Lex” – “Qarabağ” oyununu hansı kanallar yayımlayacaq?

Çempionlar Liqasının I təsnifat mərhələsi çərivəsində “Qarabağ” səfərdə “Lex”in qonağı olacaq.

İdmanxeber.az-ın məlumatına görə, Poznanda keçiriləcək görüşü ölkəmizdə “CBC Sport” kanalı canlı yayımlayacaq. İyulun 5-də baş tutacaq matçı Polşanın “TVP Sport” kanalı da mavi ekranlara daşıyacaq.

Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşma Türkiyə və Rusiya kanallarının oyun proqramına daxil edilməyib.

Cavab görüşü isə 1 həftə sonra Bakıda gerçəkləşəcək və saat 20:00-da start götürəcək.

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43