“Qarabağ”ın əsas heyətində möhkəmlənə bilməyən Emil Balayev karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər.
İdmanxeber.az “meta-ratings.kz” saytına istinadən xəbər verir ki, bu ölkənin “Turan” klubu qolkiperlə maraqlanır.
Premyer Liqa təmsilçisinin 27 yaşlı qapıçı ilə danışıqlara başladığı iddia edilib.
Daha əvvəl Qazaxıstanın “Aktobe” klubunun Emil Balayevlə maraqlandığı bildirilirdi.