Bu il baş tutacaq dünya çempionatına ciddi itkilərlə gedən millilərdən biri də Çili yığmasıdır.
İdmanxeber.com-un məlumatına görə, “Fiorentina”nın 28 yaşlı yarımmüdafiəçisi Mattias Fernandes dizindəki zədə səbəbindən DÇ-2014-ü buraxmalı olacaq.
M.Fernandes jurnalistlərə açıqlamasında sağ dizindən əməliyyat olacağını biıdirib: “Buna görə də Brazilyaya getməyəcəm”
Qeyd edək ki, Çili yığması B qrupunda Avstraliya, Hollandiya və İspaniya ilə eyni qrupda yarışacaq.