Dünyadan

“İnter” daha bir futbolçu ilə yollarını ayırdı

Daha bir futbolçu “İnter” klubu ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, Dieqo Milito Milan təmsilçisini tərk edib. Adı çəkilən futbolçu özünün “Twitter” hesabından yeni mövsümdən etibarən başqa klubun şərəfini qoruyacağını bildirib.

Qeyd edək ki, buna qədər “İnter”dən Esteban Kambiyasso, Valter Samuel və Luka Kastelazzi ayrılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43