“İdman Arbitraj Məhkəməsinİ (CAS – red.) qərar verəcəyi gün martın 27-i kimi nəzərdə tutulub. Oktyabrın 9-da baş tutan iclasdan 5 aydan çoxdu vaxt keçir. 4 dəfə təxirə salınıb. Sonuncu təxirəsalınma 2 ay bundan öncə olub. Biz əminik ki, işə hüquqi müstəvidə baxıldığı zaman cəzanın real olmadığını da hər kəs görəcək. Bir vətəndaş olaraq sona qədər haqqımın qorunması üçün mübarizəmi davam etdirəcəm və etdiririk də. Vəkilimiz Fərid Haqverdiyevlə birgə bu mübarizəni davam etdiririk və sonda qərarın dəyişdiriləcəyinə inanırıq.”.
Bu sözləri İdmanxeber.az-a açıqlamasında “Qarabağ”ın sabiq mətbuat xidmətinin rəhbəri Nurlan İbarahimov deyib.
CAS məlum məsələylə bağlı qərarını martın 22-də açıqlamalıdı. İbrahimov daha sonra sözlərinə belə davam edib:
“Bu bu təkcə “Qarabağ”la bağlı məsələ deyil. Klubla münasibətlərim yaxşıdı. Komandanın oyunlarını izləyirəm və klubun yanındayam. Burada əsas məsələ bir Azərbaycan vətəndaşı olaraq öz hüquqlarımızı qorumaqdı. Son zamanlar baş verən münaqişələrdən sonra insanlar məni daha yaxşı başa düşürlər. Məni anlayan insanlar əvvəl çox idi, indi daha çoxdu və bu məni sevindirir. Bu haqlı mübarizəmizin sonunda qərarın dəyişdiriləcəyinə inanırıq”.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. “Qarabağ” klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin bu, ilk olaraq yanvarın 27-dək, sonra isə martın 27-dək uzadılıb.