“Yuventus”un qapıçısı Canluici Buffon yaxın gələcəkdə millidəki karyerasını başa vurmaq fikrində deyil.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli qolkiper bu haqda deyib:
“Millidə 150 oyun – bu, yaxşı göstəricidir. Lakin ümid edirəm ki, gələcəkdə də yüksəksəviyyəli oyun nümayiş etdirə biləcəyəm. Gələcəkdə yığmada 10, 20, ya da 30 oyun keçirə bilərəm. Amma məqsədim 200-ə çatmaqdır”.