26 Sentyabr 2024
Ölkə futbolu

“Bugünkü “Tottenhem” daha dinamik, daha sürətlidir” – Qurban Qurbanov

“Əfsuslar olsun ki, yerli jurnalistlərdən heç kim burada yoxdur. Sadəcə bizim iki çox dəyərli jurnalistimiz buradadır. “Tottenhem” haqda çox danışmağa bir o qədər ehtiyac yoxdur. Çünki dünyanın ən güclü çempionatında iştirak edən komandaya qarşı oynayacağıq. Hansı ki, həmişə liderlər sırasında olub. Oyuna hazırıq. Sabah yəqin ki, çalışacağıq çox düzgün, çox səliqəli, çox intizamlı oynayaq. Bizim üçün böyük təcrübədir. Belə stadionda, belə azarkeş qarşısında oynamaq hər bir futbolçumuzun böyüməsi üçün böyük təcrübədir. Sabah futbolçular çox güc sərf edərək, mütləq şəkildə yaxşı oyun göstərməyə çalışacaq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının əsas mərhələsinin “Tottenhem”ə qarşı matçından əvvəl keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“Tottenhem”lə bir dəfə də oynamışıq. Həmin matç tam olaraq yadımdadır. Bəli, 1:3 uduzmuşduq. O vaxt da “Tottenhem” yaxşı kollektiv idi, yaxşı baş məşqçisi var idi. Amma bugünkü “Tottenhem” daha dinamik, daha sürətlidir. Yeni baş məşqçi gələndən sonra bəlkə də, Premyer Liqanın ən sürətli pressinq edən komandalarından birinə çevriliblər. O vaxtkı “Tottenhem”lə indiki tamam fərqlidir. Tam fərqli oyun fəlsəfəsi var.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43