29 Dekabr 2024
Ölkə futbolu

“Bundan sonra çempionatı düşünəcəyik” – Adil Şükürov

“Komandamız yaxşı mübarizə apardı. Azarkeşlərin görmək istədiyi futbolu oynamaq istəyirik. Rəqib bu gün öz ustalığını göstərdi. Gələcəyə baxacağıq. Artıq bizim üçün kubok bitib. Bundan sonra çempionatı düşünəcəyik”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov ölkə kubokunun 1/8 final mərhələsinin “Sabah”la(3:4) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“Əlavə vaxta hazır idik, futbolçularla bu haqda danışmışdıq. Əlavə vaxtda iki əvəzetmə etməyi planlaşdırırdıq. Təəssüf ki, olmadı. Hakimlik məncə, normal idi. Oyunda bəzən hakimlərlə emosional danışırıq. Hakimlərin böyük səhvi yox idi.

Əvvəlki oyunlarda çox yüklənmələr olduğu üçün əsas oyunçulara istirah verdik. Çünki zədələnə bilərdilər. Oyunçuları qorumaq istəyirdik. Heyətdə olan bütün futbolçulara inanırıq. Bizdə əsas heyət və ya ehtiyat söhbəti yoxdur bizdə”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43