Almaniya Bundesliqasında son turun oyunları keçirilib.
İdmanxeber.com-un məlumatına görə, sonuncu tur Çempionlar Liqasında mübarizə aparacaq daha bir klubun və aşağı liqaya yuvarlanacaq komandaların adına aydınlıq gətirib.
Leverkuzen “Bayer”i “Verder”i çətinliklə məğlub edərək ÇL-ə vəsiqə qazanıb. Beləliklə, Almaniyanı qitənin ən nüfuzlu klub turnirində “Bavariya”, “Borussiya”, “Şalke” və “Bayer” təmsil edəcək.
Aşağı liqaya düşən komandalar isə “Nürnberq” və “Braunşveyq” oldu. “Hamburq” isə Bundesliqa 2-nin üçüncüsü “Qröyter” ilə “play-off” matçında qarşılaşacaq.
İkinci liqadan Bundesliqaya yüksələn komandalar isə “Köln” və “Paderborn” oldu. “Qröyter” isə “Hamburq”la “play-off” matçında münasibətlərə aydınlıq gətirəcək.
“Auqsburq” – “Ayntraxt” 2:1
“Bayer” – “Verder” 2:1
“Bavariya” – “Ştutqart” 1:0
“Hannover” – “Frayburq” 3:2
“Herta” – “Borussiya” 0:4
“Hoffenhaym” – “Braunşveyq” 3:1
“Maynz” – “Hamburq” 3:2
“Şalke” – “Nürnberq” – 4:1
“Volfsburq” – “Borussiya Münhenladbak” 3:1