22 Dekabr 2024
Kateqoriyasız

“Bunu eşidəndə şok oldum” – Yurçeviç

Azərbaycan əsas millisinin baş məşqçisi Nikola Yurçeviç U-21 yığması ilə yoxlama oyunundan (3:0) fikirlərini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 52 yaşlı mütəxəssis komandasından razı qaldığını söyləyib: “Yaxşı oyun alındı. Gənclərdən ibarət komandamızın üzvləri özlərini yaxşı tərəfdən göstərdilər, oyunlarını bəyəndim. Əsas milliyə gəldikdə, bu görüş bizim üçün məşqi əvəz edən bir qarşılaşma oldu. Oyuna baxıb gələcək üçün işin davamını gətirmək baxımından nəticə çıxarmaq olar. Ümumi götürsək, matçdan  razı qaldım. Hazırlıq prosesində iştirak edən bütün futbolçulara oynamaq imkanı yaratdıq. Ola bilər kimsə az, kimsə daha çox meydanda oldu. Amma bunu əvvəlcədən planlaşdırmışdıq”.

Xorvatiyalı çalışdırıcı AVRO-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiyaya qaşrı oyunlar üçün heyəti müəyyənləşdirmədiyini deyib: “Macarıstan və Slovakiyaya qarşı meydana çıxacaq heyəti hələ müəyyənləşdirməmişik. Hər bir oyunçunun özünəməxsus üstün və zəif tərəfləri var. Kimin meydana çıxacağını qarşıdakı günlərdə futbolçular özləri bizə göstərəcəklər”.

Yurçeviç yığmadakı çatışmazlıqlar barədə fikirlərini bildirib: “Emil Balayev, Pavel Paşayev və Ramil Şeydayev komandaya iyunun 3-də qoşulacaqlar və cəmi 3-4 məşqdə iştirak edəcəklər. Eddi İsrafilovun zədələnməsini eşidəndə isə şok oldum. O, Xorvatiya və Litva ilə oyunlarda özünü yaxşı tərəfdən göstərmişdi. Eddi fiziki göstəricilərinə görə meydanın mərkəzində əsas oyunçularımızdan biri idi. Onun yoxluğu digər futbolçularımız üçün şans yaradacaq. Vəziyyətlə barışmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43