“Sonuncu dəfə “Qəbələ” ilə səfər matçında meydana çıxmışam. Bir neçə həftədir ki, oynamıram. Bunun səbəbini bilmirəm. Baş məşqçinin qərarıdı və hörmətlə yanaşıram”.
Bu sözləri İdmanxeber.az-a açıqlamasında “Kəpəz”in futbolçusu İbrahim Qədirzadə deyib.
23 yaşlı yarımmüdafiəçinin Gəncə klubu ilə müqaviləsi yayda başa çatır. Qədirzadə yeni təkliflərin olmadığını bildirib:
“Hələ ki, hər hansı bir təklif yoxdu. Mövsümün əvvəlində 3-4 təklif va idi. Gərək oynayasan ki, təkliflər də olsun. Hazırda heç bir klubla danışıq aparmıram. Mövsümün sonunu gözləyirəm”.
“Kəpəz” 19-cu turda “Neftçi-2″nin qonağı olacaq. İbrahim Qədirzadə sabiq komandasına qarşı oyunda uğur qazana biləcəklərini bildirib:
“Hal-hazırda vəziyyət elədir ki, bundan sonra bütün oyunları gərək udaq. Çoxlu xal itirdik. İnşallah “Neftçi” ilə oyunda qələbə qazanaraq həm azarkeşlərimizi sevindirərik, həm də turnir cədvəlindəki mövqeyimizi möhkəmləndirərik”.