20 Sentyabr 2024
Dünya futbolu

“Bura gələn rəqiblər müdafiədə çox oturur”

“Real”ın yarımmüdafiəçisi Jud Bellingem Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Napoli” üzərində qazanılan qələbəni (4:2) şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli futbolçu komandasının yaxşı oynadığını bildirib:

“Komanda oyunu baxımından çox yaxşı qələbə idi. Xüsusilə bura gələn rəqiblər müdafiədə çox oturur. Bunun üşün səbrli oynamaq lazımdır. Qələbəyə sevinməliyik. Komanda yaxşı xarakter göstərdi”.

“Real” pley-offa vəsiqəni təmin edərək C qrupunda 15 xalla liderliyini davam etdirir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43