Məşhur ukraynalı futbolçu, 1986-cı ildə “Qızıl top”un qalibi İqor Belanov əlində silahla Ukraynanı Rusiya hərbçilərinin işğalından qoruyur.
İdmanxeber.az-ın məlumatına görə, Belanovun özü mart ayında Ukrayna hərbçiləri ilə görüşü barədə yazıb. Aprelin 4-də isə hərbçilərlə təzə fotolar paylaşaraq, yazıb : “Heyrətamiz cəsarət və tükənməz döyüş ruhu – bütün bunlar və daha çoxu bizim döyüşçüləri xarakterizə edir. Biz sizinləyik! “.
Odessadan olan Belanov, müharibə başlayandan Ukrayna hərbçilərinə fəal kömək edirdi.
SSRİ tarixində yalnız üç futbolçu Fransanın həftəlik “France Football” jurnalının ən yüksək mükafatı olan “Qızıl top”a layiq görülüb – Avropanın ən yaxşı futbolçusu: Lev Yaşin (1963), Oleq Bloxin (1975) və İqor Belanov (1986).